Modern.az

Əbülfəz Elçibəyin məzarı ziyarət edildi

Əbülfəz Elçibəyin məzarı ziyarət edildi

Aktual

22 Avqust 2016, 16:14

Klassik Xalq Cəbhəsi Partiyası bu gün Fəxri Xiyabanda Milli Azadlıq  Hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatının 16-cı ildönümünə həsr oilunmuş  anım tədbiri keçirib. 
Anım  tədbiri  Azərbaycanın  Respublikasının Dövlət himni ilə başlanıb.  Elçibəyin və şəhidlərin ruhuna dualar oxunub.

 
Modern.az xəbər verir ki, tədbirdə Savalan dağının zirvəsindən  KXCP Ali Məclisinin sədri Bəybala Əbilin və KXCP Ali Məclis üzvü Adil Mikayıllının  gətirdikləri  torpaq  Elçibəyin məzarı üstünə  səpilib. Əbülfəz Elçibəyin  Savalan dağına həsr etdiyi məşhur fikirlər tədbir iştirakçılarına çatdırılıb:


“Bir gün gələcək bütün yollar  dağlar sultanı, dağlar şahənşahı, dağlar piri Savalana gedəcək! Bir gün gələcək, Savalan milyon – milyon insanın ziyarət məbədi, and yeri, inanc qaynağı olacaqdır! Azadlıq Sevdasını daşıyanlara Savalan ziyarəti qismət olsun! Tanrı yar olsun!”.

Anım tədbirində Əbülfəz Elçibəyin  ailə üzvləri vəı yaxınları da iştirak edirib. 


Daha sonra Əbülfəz Elçibəyə  həsr olunmuş anım tədbiri  KXCP-nin  qərargahında  davam etdirilib.  Tədbir iştirakçıları  Əbülfəz  Elçibəylə bağlı xatirələrindən  geniş danışıblar.



Modern.az

 

Sizə yeni x var
Keçid et
Ərdoğandan ŞOK XƏBƏRDARLIQ - Türkiyə İrandakı müharibəyə qoşulur?