Modern.az

Millət vəkili on minlərlə üzvü olan tələbə təşkilatının rəhbəri ilə görüşüb

Millət vəkili on minlərlə üzvü olan tələbə təşkilatının rəhbəri ilə görüşüb

5 Fevral 2011, 13:32


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA) Brüsseldəki baş qərargahının rəhbəri Oskar Lema Buza və onu müşayiət edən bir qrup gənclə görüşüb.

O.L.Buza rəhbərlik etdiyi gənclər təşkilatı haqqında məlumat verərək bildirib ki, ELSA-nın 200-dən artıq Avropa universitetində on minlərlə üzvü var. O.Buza təşkilatın məqsədinin hüquqşünas tələbələrin və gənc hüquqşünasların bilik və bacarıqlarının artırılması, onlar üçün Avropa ölkələrində təcrübə və təlimlərin təşkil olunması və elmi mübadilə proqramlarının həyata keçirilməsi olduğunu bildirib. ELSA rəhbəri təşkilatın Azərbaycan nümayəndəliyinin də səmərəli fəaliyyət göstərdiyini də vurğulayıb.

Şura sədri Azay Quliyev gənclərə öz fəaliyyətlərində regional münaqişələrə diqqət yetirməyin və bu münaqişələrdə pozulan insan hüquqlarının müdafiəsinə çalışmağın da vacib olduğunu bildirib. A.Quliyev təşkilatın bu istiqamətlərdə Bakı şəhərində tədbir təşkil edəcəyi halda Şuranın buna dəstək verə biləcəyini qeyd edib. Görüşdə gənclər təşkilatlarının fəaliyyəti və əməkdaşlığı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.  

Modern.az    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir