Modern.az

SAMA hüquq müdafiə sahəsinə gəncləri gətirmək istəyir...

SAMA hüquq müdafiə sahəsinə gəncləri gətirmək istəyir...

Qarabağ

5 Fevral 2011, 18:23

“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli, köşə yazarı Şahvələd Çobanoğlu, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli  “Siyasi Azadlıqların Müdafiə Alyansı” (SAMA) adlı yeni ictimai birlik təsis ediblər.

Təsisçilərdən olan Anar Məmmədlinin Modern.az –a bildirdiyinə görə, Siyasi Azadlıqların Müdafiə Alyansı (SAMA) adlanan birlik ölkədə siyasi azadlıqların təmin olunması üçün mövcud ictimai təşəbbüslərin artırılması yönündə çalışacaq. “Məqsədimiz siyasi plüralizm və siyasi azadlıqların müdafiəsi olacaq”.

Bunun üçün SAMA siyasi motivlərlə təzyiqlərə məruz qalan, saxlanan və ya həbs olunan vətəndaşların hüquqlarının müdafiəsi yönündə tədbirlərin təşkili, siyasi ayrı-seçkilikdən əziyyət çəkən insanlara mənəvi və hüquqi-texniki yardımın göstərilməsi ilə məşğul olacaq.

Anar Məmədli həmçinin bildirib ki, siyasi hüquqların təlimi yönündə maarifləndirmə işi ilə bağlı planları var. Onlar hüquq müdafiə sahədinə yeni gənclər qrupunu gətirmək niyyətindədirlər.

Bundan başqa siyasi hüquq və azadlıqların vəziyyəti ilə bağlı monitorinq aparacaqlar. A.Məmmədlinin fikrincə, mövcud  şəraitdə SAMA ictimai təşəbbüslərin artırılması, dövlət-vətəndaş münasibətlərinin siyasi plüralizm əsasında qurulması və bu yöndə ictimai müzakirələrin təşkilini önəmli sayır.

SAMA bəyan edir ki, son illər Azərbaycanda siyasi hüquq və azadlıqların təmin olunması sahəsində vəziyyət daha da ağırlaşıb, ölkədə siyasi fəaliyyət imkanları məhdudlaşdırılıb, fərqli siyasi fikir və hərəkətlərə görə təzyiqlər güclənib: “Uzun illər ərzində ölkədə siyasi qüvvələr arasında qütbləşmə dərinləşib, seçkilər bir qayda olaraq ciddi qanun pozuntuları ilə keçirilir və vətəndaşlar əsassız olaraq hakimiyyətin siyasi ayrı-seçkilik siyasətinə məruz qalır. Bunun nəticəsi olaraq, ölkənin bir çox sahələrində, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsində böhran yaranıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü