Modern.az

QHT Şurası müsabiqədən keçməyən təşkilatlara məktub göndərib

QHT Şurası müsabiqədən keçməyən təşkilatlara məktub göndərib

Qarabağ

8 Fevral 2011, 10:35

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının müsabiqəsinə təqdim olunan layihələr hazırda ekspertiza mərhələsindədir. Bu barədə Modern.az saytına Şuranın icraçı direktoru Fərasət Qurbanov bildirib.

O, qeyd edib ki, seleksiyadan kənarlaşdırılmış təşkilatlara bu haqda şuranın qərarına uyğun olaraq müvafiq məktublar göndərilib: “Hazırda isə ekspertlərin iştrakı ilə bütun layihələr diqqətlə öyrənilir və onlar qiymətləndirilir. Hər bir layihəyə fərdi olaraq iki ekspert tərəfindən baxılır və qiymətləndirmə aparılır, qiymətləndirmə başa çatdıqdan sonra katiblik hər bir layihə, təşkilat  haqqında müvafiq arayış hazırlayaraq şuranın müzakirəsinə təqdim edəcək. Ondan sonra şuranın qərarından asılı olaraq digər icra işləri həyata keçiriləcək”.

Şuranın icraçı direktoru onu da bildirib ki,  indidən hansısa layihənin müsabiqədən keçib-keçməməsi barədə fikir söyləmək tezdir:
“Çünki hələ ekspertiza gedir, bu başa çatdıqdan sonra   ekspertlərin və katibliyin ümümi rəyindən sonra hər bir təşkilat haqqında şuraya arayış təqdim edilir. Bu arayışlardan sonra Şura müvafiq qərarlar qəbul edəcək”.

2010-cu ilin dekabrın 6-da elan edilən müsabiqəyə ümumilikdə 425 layihə təqdim edilib. Qalib QHT-lərin adları martda elan olunacaq.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!