Fevralın 24-25-də Avstriyanın Vyana şəhərində ATƏT Parlament Assambleyasının 10-cu qış ssesiyası öz işinə başlayacaq. Bu barədə Modern.az saytına Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov məlumat verib. O qeyd edib ki, sessiyanın mövzusu “ATƏT-də immiqrasiya, inteqrasiya və çoxtərəfli millətlərarası dialoaq”dur. Deputat bildirib ki, iclasın gündəliyində Misir, Tunis hadisələri, Qırğızıstanda demokratiya, insan hüquqları, Belarusda vəziyyət kimi məsələlər var:
“Açılış mərasimində ATƏT PA-nın prezidenti, ATƏT-in sədri, Avstriya parlamentinin sədri iştirak edəcək. Ümumiyyətlə, nəzərdə tutulub ki, ATƏT-ə üzv olan bütün ölkələrin təmsilçiləri bu sessiyada iştirak etsinlər. Azərbaycan nümayəndə heyəti də tam tərkibdə bu sessiyaya qatılacaq”.
Eldar İbrahimov onu da qeyd edib ki, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti bütün iclaslarda Qarabağ məsələsini də qaldırıb, Qarabağla bağlı ciddi fikirlər söyləyiblər: “Bu sessiya Xocalı soyqırımının 19-cu ildönümünə düşdüyündən məsələni xüsusilə qaldırılacağıq”.
Modern.az