Modern.az

Növbəti "Nar Dünyası" satış və xidmət mərkəzi açıldı ®

Növbəti "Nar Dünyası" satış və xidmət mərkəzi açıldı ®

Təhsil

17 Fevral 2011, 15:40


Fevralın 17-də Gəncə şəhərində “Nar Mobile” tərəfindən yeni konsepsiya ilə hazırlanmış “Nar Dünyası” satış və xidmət mərkəzinin açılış mərasimi keçirildi.
Gəncə şəhərində açılan yeni “Nar Dünyası” satış və xidmət mərkəzinin əsas konsepsiyası  mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də, Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. “Nar Dünyası” satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.

Açılış mərasimi zamanı, “Nar Dünyası”  satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksessuarları ilə tanış oldular.

Nar Mobile tərəfindən təqdim edilən yeni “Nar Dünyası” satış və xidmət mərkəzləri hal-hazırda Bakı şəhəri və Səlyanda fəaliyyət göstərir, yaxın zamanda isə digər bölgələrdə də açılışları həyata keçiriləcək.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat