Modern.az

Mübarəkdən yeni xəbərlər: O, Obamanın zənglərinə niyə cavab vermir?

Mübarəkdən yeni xəbərlər: O, Obamanın zənglərinə niyə cavab vermir?

Təhsil

18 Fevral 2011, 16:23


Modern.az
saytının xarici mətbuata isitinadən verdiyi məlumata görə, Misirin devrilmiş lideri Hüsnü Mübarək xəstə yatağında deyil, Şarl əl-Şeyxdəki villasında istirahət edir.  Bunu Amerikanın ABC kanalında çıxış edən bir Misir vətəndaşı da təsdiqləyib. O, bildirib ki, H.Mübarək xəstə olması ilə bağlı məlumatlar yaymaqla insanların rəğbətini qazanmağa çalışır. “Əslində o, hər gün Şarl əl-Şeyxdə yerləşən dəbdəbəli villasında irtirahət edir və çimərlikdə nahar edir”.

Bir neçə gün öncə Misirin eks-prezidentinin səhhətinin pisləşməsi və xaricdə müaalicədən imtina etməsi ilə bağlı məlumatlar yayılmışdı.  Hətta, göstərilmişdi ki, 82 yaşlı Mübarək ölkədən getmək istəməmiş, öləndə burda qalacağını bildirmişdi.

Qeyd edək ki, xarici mətbuatda Hüsnü Mübarəkin İsraildə olması haqda fikirlər səslənib. Bununla bağlı İsrail tərəfi heç bir rəsmi açıqlama verməyib.

Bu arada Londonda ərəbcə yayımlanan “Əl kuds Əl Ərəbi” qəzeti Qahirədən ayrıldığı gündən bəri Şarm Əl Şeyxdəki sarayda qalan Hüsnü Mübarəkin ABŞ prezidenti Obamanın telefonlarına cavab vermədiyini yazıb.

Obamanın “dərhal geri çəkil” şəklindəki açıqlamasından hələ də qəzəbli olan Mübarək ABŞ prezidentinin  dəfələrcə zəng etməsinə baxmayaraq, onunla danışmağı rədd edib.

Qəzet yazır ki, Şarm Əl Şeyx sarayı devrilmiş liderin yaxın dostu Hüseyn Səlim adlı silah tacirinə məxsusudur.

Devrildikdən sonra səhhəti pisləşən Mübarəkin vəziyyətinin tamamilə düzəldiyini yazan qəzet onun yaxınında sadəcə mühafizəçilərin olduğunu bildirir.

Mübarəkin devrilməsindən sonra idarəçiliyi ələ keçirmiş ordu sentyabr ayında keçiriləcək prezident seçgilərinə namizəd göstərməyəcəyini bildirib.

İndi dünya mətbuatı idarəçiliyi müvəqqəti ələ keçirmiş ordunun bu qərara riayət edib-etməyəcəyi sualına cavab axtarır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat