Prezident İlham Əliyev bir neçə şəhər və rayonun İcra Hakimiyyətinin başçısını tutduğu vəzifədən azad edib. Amma onlar işsiz qalmayıblar.
İlham Əliyevin sərəncamı ilə Tahir Abuzər oğlu Kərimov Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Salyan rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.
Modern.az saytının məlumatına görə, Gəncə şəhərinin icra başçısı Eldar Əzizov da vəzifəsindən çıxarılıb və o, Sumqayıt şəhərinə icra başçısı təyin edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev isə oradakı vəzifəsindən çıxarılaraq mədəniyyət və turizm nazirinin I müavini postuna təyin edilib.
Prezidentin digər sərəncamı ilə Yevlax şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vəzifəsindən azad edilib. Ölkə başçısı E.Vəliyevi Gəncə şəhərinə icra başçısı təyin edib.
İlham Əliyev Qoca Çərkəz oğlu Səmədovun Yevlax şəhəri İcra hakimiyyətinin başçısı təyin edilməsi barədə də sərəncam imzalayıb.
Modern.az