Modern.az

QHT Şurası bir neçə qanun layihəsi hazırlayacaq

QHT Şurası bir neçə qanun layihəsi hazırlayacaq

Təhsil

18 Fevral 2011, 19:12

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclası Şuranın sədr müavini Tahir Süleymanov açaraq gündəliyi təqdim edib.

Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, gündəliyə uyğun olaraq sərbəst maliyyə vəsaitindən istifadə, “Auditor xidməti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı Şuranın gördüyü işlər, QHT fəaliyyətinə aid yeni qanun layihələrinin hazırlanması məqsədilə işçi qrupun yaradılması haqqında məsələlər müzakirə edilib.

Sərbəst vəsaitdən istifadə ilə bağlı müvafiq qərar qəbul edilib. “Auditor xidməti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən QHT-lərin məcburi auditə yox, könüllü auditə cəlb olunması istiqamətində Şuranın gördüyü işlər təqdir edilib.

“Sosial Sifariş haqqında”, “Peşə cəmiyyətləri haqqında”, “Korporativ sosial məsuliyyət haqqında”, “İctimai iştirakçılıq haqqında” qanun layihələrinin hazırlanması, eləcə də “Reklam haqqında” qanuna dəyişikliklərin hazırlanması üçün işçi qrupun yaradılması qərara alınıb.

Qeyd edilib ki, əksər ölkələrdə mövcud olan bu qanunların Azərbaycanda olmaması ölkədə QHT fəaliyyətinin inkişafını ləngidir, QHT-lərin dövlət strukturları və özəl sektorla əlaqələrinin möhkəmlənməsinə mane olur.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat