Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsinin təmin edilməsi və texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, həmçinin onların səmərəli istismar edilməsi və ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə Nazirlər Kabineti fevralın 18-də sərəncam qəbul edib.
Modern.az xəbər verir ki, sərəncama əsasən, su elektrik stansiyaları və onların suqəbuledici qurğuları istisna olmaqla, Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Ceyranbatan su anbarları, onların mühafizə və sutənzimləyici hidrotexniki qurğuları Fövqəladə Hallar Nazirliyinin balansına verilib.
Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, su anbarlarının təhlükəsizliyinin təmin edilməsi qaydalarını və respublikada su ehtiyatlarının idarə olunması sistemi barədə təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.
Modern.az