Modern.az

5 rayonunun hərbi komissarı tutduğu vəzifədən azad olunub

5 rayonunun hərbi komissarı tutduğu vəzifədən azad olunub

Təhsil

18 Fevral 2011, 23:23
Azərbaycanın 5 rayonunun hərbi komissarı tutduğu vəzifədən azad olunub.

Hərbi mənbədən Trend-ə verilən məlumata görə, Şirvan, Hacıqabul, İmişli, Kürdəmir və Ağstafa rayon hərbi komissarları tutduğları vəzifədən azad olunublar.

Mənbə həmin şəxslərin korrupsiya ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində işdən azad olunduğunu bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bununla bağlı məlumat almaq mümkün olmayıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat