Modern.az

Danimarkada azərbaycanlılar ehsan süfrəsi açacaqlar

Danimarkada azərbaycanlılar ehsan süfrəsi açacaqlar

Təhsil

20 Fevral 2011, 12:40

Danimarkanın tanınmış "Avedovre” kitabxanasında  Xocalı faciəsinin ildönümü keçirilək. Bu haqda Modern.az-a məlumatı Danimarkada fəaliyyət göstərən Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Anaxanım Hüseynova bildirib: ”Bu gün Azərbaycan həqiqətlərinin Danimarka ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətimizi gücləndiririk və məhz tədbiri ölkənin tanınmış "Avedovre " kitabxanasında təşkil etmişik ki, Danimarkalı ziyalılar, tələbələr Xocalı faciəsi haqqında məlumatlansınlar”.
Fəal diasporçu fikrini davam etdirərək bildirib tədbir iştirakçılarına kitablar, broşuralar təqdim olunacaq və hadisələri əks-etdirən sənədli filmlər göstəriləcək. Hadisələr zamanı erməni-rus birləşmələri tərəfindən həlak olan şəhidlərimizin ruhuna ehsan süfrəsi açılacaq.

Tədbir fevral ayının 26-da saat 15:00-da tamam baş tutacaq. Tədbiri Azərbaycan-Türk Qadınlar Birliyi və “Vətən” Cəmiyyəti tərəfindən təşkil ediləcək.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat