Modern.az

Liviyada hökumət nümayişçilərə pulemyotlardan atəş açıb: 200-dən çox ölü var

Liviyada hökumət nümayişçilərə pulemyotlardan atəş açıb: 200-dən çox ölü var

21 Fevral 2011, 10:14


Liviya qan gölünə çevrilib. Bir neçə gündür davamlı olaraq minlərlə etirazçı ilə hökumət qüvvələri arasında toqquşmalar baş verir. Hökumət nümayişçilərə pulemyotlardan atəş açıb.
"Human Rights Watch" təşkilatı zorakılıq nəticəsində ölənlərin sayının 230-dan artıq olduğunu bildirib.

BBC xəbər verir ki, dövlət televizyası ilə çıxış edən Livia liderinin oğlu Səif Qəddafi bu məlumatları təkzib edib. O xarici medianı şişirtmələrdə təqsirləndirib.
Səif Qəddafi nümayişçilərə qarşı buraxılan səhvlərlə yanaşı müxalifəti ölkəni parçalamaqda ittiham edib.

Avropa İttifaqı Liviyanı təxirə salmadan etirazçılara qarşı zorakılığa son qoymağa çağırıb. İttifaqın Xarici siyasət üzrə baş rəsmisi deyib ki, iqtidarla nümayişçilər arasında geniş əsaslı dialoq yaradılmalıdır.

Tripoli şəhərində "Allahu əkbər" qışqıran nümayişçilər ölkə başçısı Müəmmər Qəddafinin posterlərini daşa basıblar.

 

Paytaxt Tripoli yaxınlığındakı Az-Zawiyah şəhərində etirazçılar Müəmmər Qəddafi administrasiyasına məxsus qonaq evinə od vurublar.  Dövlət televiziyası ilə Əl-Bayda şəhərindəki, talançılıq səhnələri nümayiş etdirilirb.
Tobruk şəhərində minlərlə adam küçələrə çıxaraq hökumət əleyhinə şüarlar qışqırıb. Şəxsi evlərlə yanaşı bir çox xəstəxana, bank, məhkəmə, polis və diqər idarələrin binalarına od vurulub.

Hökumət baş verənləri təxribat kimi dəyərləndirirək, bildirir ki, qarışıqlıqda Liviyanın sabitliyini pozmaqda maraqlı olan xarici qüvvələrin əli var.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir