Modern.az

ABŞ dövlət katibinin müavini Azərbaycana gələcək

ABŞ dövlət katibinin müavini Azərbaycana gələcək

Təhsil

21 Fevral 2011, 12:15

ABŞ dövlət katibinin müavini Ceyms Steynberq fevralın 24-də Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Dövlət katibinin müavini Bakıda yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcək, Azərbaycan-ABŞ ikitərəfli münasibətlərini və regiondakı situasiyanı müzakirə edəcək.
Ceyms Steynberqin Tiflis və İrəvana da səfər edəcəyi gözlənilir. Rusiya mətbuatının yazdığına görə, səfərin əsas məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparmaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı