Modern.az

Toyda qan töküldü...

Toyda qan töküldü...

Təhsil

21 Fevral 2011, 13:03

Bərdədə biçaqlanma hadisəsi baş verib. Toyda yeyib-içən kənd sakinləri əvvəlcə dalaşıb, sonra bıçağa əl atıblar. Hadisə ötən gün rayonun Zümürxan kəndində iki həmyerlil arasında baş verib. Kənd sakinlərinin biri xəstəxanya, digəri isə həbsxanaya aparılıb.

Modern.az
-ın məlumatına görə, Bərdə sakini Elsəvər İsayev mübahisə zəminində həmkəndlisi Elmar Məmmədova bir necə bıçaq xəsarəti yetirib. Bərdə rayon Polis Şöbəsinin müstəntiqi Famil Ağamaliyev deyib ki, öz kəndlisinə bıcaqla xəsarət yetirən şəxs hadisə yerindən qaçsa da, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Bıcaq xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Elmar Məmmədovun həkimlər vəziyətini orta ağır qiymətləndiriblər.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb.

Xaliq Qurbanov
Gəncə

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı