Modern.az

Azərbaycanlı tələbələr Almaniyada yürüşə hazırlaşır

Azərbaycanlı tələbələr Almaniyada yürüşə hazırlaşır

21 Fevral 2011, 14:29

Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar olaraq Gənclər üçün Təhsil Mərkəzi Alman-Azərbaycan Dialoq Platformu ilə birgə Almaniyanın Kassel şəhərində yürüşün keçirilməsinə hazırlaşıb.

26 fevral 2011-ci il, saat 12-də Kassel şəhərinin mərkəzi meydanından başlayacaq və şəhər meriyasının qarşısına qədər davam edəcək yürüşün keçirilməsində əsas məqsəd Xocalı faciəsi ilə bağlı həqiqətlərin Almaniya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Kassel şəhər meriyasının rəsmi razılığı ilə təşkil olunan yürüşdə Almaniyanın müxtəlif yerlərində təhsil alan azərbaycanlı və türkiyəli tələbələr iştirak edəcəklər.

Təşkilat Komitəsinin nümayəndəsi Sultan Zahidovun verdiyi məlumata əsasən yürüş miqyasına görə bu il əvvəlki illərdən fərqli olaraq Almaniyada ən böyük təbliğat tədbiri olacaq.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir