Modern.az

ADU-nun mükafatlandırdığı jurnalistlərin siyahısı

ADU-nun mükafatlandırdığı jurnalistlərin siyahısı

Media

21 Fevral 2011, 15:58


Bu gün Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin yaranmasının iki illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə ADU-nun rektoru, millət vəkili Səməd Seyidov geniş nitqlə çıxış edib.

Tədbirdə bir sıra millət vəkilləri, ölkənin aparıcı KİV nümayəndələri, dövlət qurumlarının mətbuat katibləri və eləcə də univerisitetin müəllim və tələbə kollektivi işritirak edib.
Tədbir zamanı çıxış edən qonaqlar ADU-nun mətbuat xidmətinin fəaliyyətini yüksək qiymətləndirərək bu xidmətin digər universitetlər üçündə nümunə olduğunu diqqətə çatdırıblar.

Mərasimdə universitetin mətbuat xidməti ilə daim əməkdaşlıq edən KİV orqanları və jurnalislər aşağıdadı nominasiyalar üzrə qiymətli hədiyyələr və sertifikatlarla təltif ediliblər.

ADU-nun fəaliyyəti və həyata keçirdiyi islahatları işıqlandırdığına görə, ən yaxşı telekanal AzTV,  ən yaxşı qəzet isə“Azərbaycan” və “İki sahil” qəzeti qalib elan edilib.

Ən yaxşı agentlik kimi “Səs” İnformasiya Agentliyi və “Riadmedia” agentliyi mükafatlandırılıb.

Daha sonra ADU-nun mətbuat xidməti ilə daim əməkdaşlıq edən qalib müxbirlərin də adları açıqlanıb:

“Space” kanalının “Xəbərlər” proqramının müxbiri Günel Məmmədova;

AzTV-nin əməkdaşı Tural Qurbanov;
ATV kanalının müxbiri Aytən Tağıyeva;
“Lider” kanalının müxbiri Sevinc Abbasova;
“Xəzər” TV-nin əməkdaşı Yufis Kərimli;
İTV-nin “Carçı” proqramının müxbiri Füzuli Məcidov;
AzərTAc- ın əməkdaşı Kifayət Əliyeva;
“Yeni Azərbaycan” qəzetinin müxbiri Sevinc Nuriyeva;
“525-ci” qəzetin əməkdaşı Sevinc Qarayeva;
SİA-nın əməkdaşı Könül Cəfərova;
“Riadmedia”nın əməkdaşı Rəşad Mehdiyev;
“Azərbaycan” qəzetinin müxbiri Şakir Cəfərov;
“Qaynar.info”nun əməkdaşı Tural Əliyev,
“Azadinform” İA-nın müxbiri Akif Eyvazov;
Modern.az saytının əməkdaşı Anar Rüstəmov.

Təqdimat mərasimində universitetdə keçirilən inşa yazı müsabiqəsinin də qalibləri bəlli olub.
Belə ki, iki mövzu üzrə keçirilən müsabiqədə Nərminə Novruzova və Ayfarə Səfərova I yerə laytiq görülüb, Məhəbbət Hacıyeva və Aygün Əlibəyli isə II yeri tutublar.
Bundan başqa, universitetin fəaliyyətində göstərdikləri səylərə görə, bir neçə müəllim də diplom və hədiyyə ilə təltif ediliblər.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır