Modern.az

Həkimlərə sertifikat verən nazir yenə nöqsanlardan danışdı

Həkimlərə sertifikat verən nazir yenə nöqsanlardan danışdı

21 Fevral 2011, 16:08

Səhiyyə Nazirliyində praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesindən keçmiş 161 mütəxəssisin ilk sertifikatlarının təqdimetmə mərasimi təşkil olunub.

Mərasimdə səhiyyə naziri Oqtay Şirəliyev öncə bütün həkimləri bu məsuliyyətli və eyni zamanda şərəfli bir işin öhdəsindən uğurla gəldiklərinə görə təbrik edib.

“Ölkə başçısının qərarından irəli gələn sertifikasiya prosesinə başlanma çətin və məsuliyyətli proses olsa da, bu prosesin şəffaflığı heç kimdə şübhə doğurmur. İmtahanların şəffaf keçirilməsi üçün əlimizdən gələni əsirgəmədik və həkimlər də şükürlər olsun ki, bu etimadı doğruldurlar”-deyə O. Şirəliyev bildirib. Nazir bu prosesin gələcəkdə də uğurla həyata keçiriləcəyinə əmin olduğunu qeyd edib və nəzərə çatdırıb ki; “bu işin ən sevindirici tərəfi odur ki, əhali həkim savadsızlığının qurbanı olmayacaq”.

O.Şirəliyev deyib ki, hər bir həkim ona bəslənilən etimadın doğruldulması üçün əlindən gələni etməli, oxumalı, təkmilləşməli və öz sahəsinin əsil mütəxəssisi olmalıdır.
Nazir eyni zamanda bəzi boşluqlar və nöqsanlara da toxunub. Nöqsanların aradan qaldırılması məqsədi ilə ölkə başçısının korrupsiyaya qarşı mübarizəyə dair tapşırıqlarını tədbir iştirakçılarına bir daha xatırladan O. Şirəliyev, bütün bunların aradan qaldırılması naminə hazırda görülən və gələcəkdə görüləcək işlərə dair də qısaca məlumat verib.

Sonda simvolik olaraq ən yüksək bal (100%) toplamış həkim-mütəxəssisə ilk sertifikat şəxsən Oqtay Şirəliyev tərəfindən təqdim olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir