Modern.az

7 əsgərin ölümü ilə bağlı ekspertizilar keçirilib

7 əsgərin ölümü ilə bağlı ekspertizilar keçirilib

21 Fevral 2011, 18:07

Hərbi Prokurorluq Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində 7 əsgərin ölümü ilə bağlı törədilən hadisə barəsində növbəti açıqlama yayıb.
Hərbi Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilib ki, Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Respublika hərbi prokurorunun müavini Şəfahət İmranovun rəhbərliyi ilə istintaq qrupu yaradılıb. Hadisənin baş vermə səbəbləri və şəraiti birgə istintaq əməliyyat qrupu tərəfindən aparılmaqla zəruri, təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir.  
İstintaq qrupu tərəfindən hadisə yerinin müayinəsi video və foto çəkilişlər aparılıb.
Hadisə nəticəsində həlak olan 7 nəfər hərbi qulluqçunun meyitləri məhkəmə-tibb eksperti tərəfindən müstəntiqlərin iştirakı ilə müayinə edilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülərək cinayət işinin istintaq materiallarına əlavə olunmaqla digər zəruri istintaq tədbirləri yerinə yetirilib.

Bundan başqa, Respublika Hərbi Prokurorluğunda yaradılmış istintaq qrupu tərəfindən hadisənin baş vermə səbəbləri və sair halları müəyyən etmək məqsədi ilə müvafiq ekspertizalar təyin olunmaqla icraya yönəldilib, digər təxirəsalınmaz intensiv istintaq hərəkətlərinin yerinə yetirilməsi davam etdirilir.

Hadisə nəticəsində 2009 və 2010-cu illərdə hərbi xidmətə çağırılan 7 əsgər həlak olub:

Quliyev Naib Fəxrəddin oğlu (1992-ci il təvəllüdlü, Beyləqan rayonundan hərbi xidmətə çağırılıb );

Cavadzadə Cavid Vəkil oğlu (1991-ci il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılıb);

Suanverdiyev Nurlan Radfel oğlu (1991-ci il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılıb);

Xocberov Ramazan Abdulla oğlu (1992-ci il təvəllüdlü, Balakən rayonundan hərbi xidmətə çağırılıb);

Kərimov Əfqan Yaşar oğlu (1991-ci il təvəllüdlü, Balakən rayonundan hərbi xidmətə çağırılıb);

Hüseynov Əhməd Əhmədalı oğlu (1992-ci il təvəllüdlü, Ağcabədi rayonundan hərbi xidmətə çağırılıb);

Quliyev Zakir Etibar oğlu (1991-ci il təvəllüdlü, Yasamal rayonundan hərbi xidmətə çağırılıb).

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü