Modern.az

Səfir Hulusi Kılıc: "Biz heç vaxt susmayacağıq"

Səfir Hulusi Kılıc: "Biz heç vaxt susmayacağıq"

Təhsil

22 Fevral 2011, 15:45

Bu gün Türkiyə səfirliyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib. Modern.az saytı xəbər verir ki, Türkiyə səfirliyində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə “Xocalı qətliamını duyun artıq” adlı 30 dəqiqəlik film nümayiş olunub. Qeyd edək ki, film həm də TRT kanalında yayımlanıb.

Filmin təqdimatından sonra Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc çıxış edərək “Xocalı soyqırımı bizim ortaq kədərimizdir” deyib.

“Dünya həqiqəti dərk etməlidir. Biz istəmərik ki, bir azərbaycanlı ölsün və buna kədərlənək. Biz heç vaxt susmayacağıq. Biz səsimizi dünyaya çatdırmalıyıq. Artıq ermənilər də bu yalanlara son qoymalıdırlar və haqsız durum aradan qalxmalıdır. Biz Azərbaycanda sülh istəyirik”.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat