Modern.az

Qanunsuz ovçuların özlərini "ovlayırlar"

Qanunsuz ovçuların özlərini "ovlayırlar"

Təhsil

23 Fevral 2011, 11:49

19-21 fevral 2011-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Oğuz rayonu ərazisində keçirilən reyd zamanı qanunsuz ov edən 1 nəfər saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb. Qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Oğuz rayon Polis Şöbəsinə müraciət edilib.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində keçirilən reyd zamanı mühafizə rejimini pozan 2 şəxs saxlanılıb, onlardan 2 ədəd ov tüfəngi, 4 ədəd patron aşkar edilərək götürülüb və həmin şəxslər barəsində müvafiq akt və protokollar tərtib olunub.

Ağzıbir, Sarısu, Mahmudçala və Samux Ovçuluq Təsərrüfatlarında keçirilən reydlər zamanı mühafizə rejimini pozan 5 nəfər saxlanılıb və onlardan, ümumilikdə 5 ədəd ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb. Fakt üzrə qanunamüvafiq qaydada akt və protokollar tərtib edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat