Milli Məclisin yaz sessiyasının dünənki iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi təsdiqlənib. Parlamentin təsdiqlədiyi 18 nəfərdən ibarət yeni tərkib bu gün ilk iclasını keçirməyi planlaşdırıb. Bu barədə Modern.az saytına Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev məlumat verib.
Azər Sarıyevin sözlərinə görə, bu günkü iclas baş tutsa sədr, müavin və katiblərin də seçimi nəzərdə tutulur. A.Sarıyev bu barədə mediaya bu barədə geniş məlumat veriləcəyini də qeyd edib.
Xatırladaq ki, parlamentin təsdiq etdiyi MSK-nın 18 nəfərlik tərkibində bu şəxslərin adları yer alıb:
Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov (hamısı YAP), Mikayıl Rəhimli (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Almas Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Akif Qurbanov (Ümid Partiyası), Tamam Cəfərli (Demokratik İslahatlar Partiyası), Bəxşeyiş Əsgərov (Böyük Quruluş Partiyası), Etibar Quliyev (Ana Vətən Partiyası), Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov (siyasi partiya mənsubiyyəti olmayan deputatların MSK-ya namizədləri. Bunlardan Natiq Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası, Arifə Muxtarovanın namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılıb).
Aytən ƏLİYEVA