Modern.az

Ali Baş Komandanı Mülki Müdafiə Qoşunlarına döyüş bayrağı təqdim edib

Ali Baş Komandanı Mülki Müdafiə Qoşunlarına döyüş bayrağı təqdim edib

Təhsil

23 Fevral 2011, 14:23

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimində iştirak edib. (AzərTAc)
Mülki Müdafiə Qoşunlarının “N” hərbi hissəsində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev Ali Baş Komandana raport veriblər.
Dövlət başçısı əsgərləri salamlayıb.
Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev döyüş bayrağını hərbi hissəyə təqdim edib, şəxsi heyəti bu münasibətlə təbrik edib.
Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı şəxsi heyət qarşısında çıxış edib.
Prezident İlham Əliyev hərbi hissədə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat