Modern.az

Gəncədə 137 vətəndaşa xəbərdarlıq olunub

Gəncədə 137 vətəndaşa xəbərdarlıq olunub

Təhsil

23 Fevral 2011, 15:13

Gəncə və ətraf rayonlarda yüksək gərginlikli elektrik xətlərinin altında qanunsuz tikililərin sayı artır.
Təkcə Gəncə şəhəri üzrə yüksək gərginlikli elektrik xətlərinin altında tiktinti aparan 137 vətəndaşa xəbərdarlıq edilib. Eyni zamanda qurumun əhatə dairəsinə aid olan Şəmkir rayonu üzrə 102, Goranboyda 28, Göygöldə 25 və Samuxda 18 şəxsə yol verdikləri qanun pozuntusuna görə rəsmi şəkildə xəbərdarlıq edilib. Üstəlik bu şəxslər barəsində müvafiq rayonların İcra Hakimiyyəti Aparatının nümayəndələrinə, prokurorluq və bələdiyyə orqanlarına, həmçinin məhkəmələrə müraciət olunub.
Gəncə Regional Elektirik Şəbəkəsinin rəis müavini Elmar Həsənovun Modern.az-a verdiyi məlumata görə bütün qabaqlayıcı tədbirlərə baxmayaraq yaranan problemin tam həllinə nail olunmayıb. Araşdırmaların nəticələrinə görə, yüksək gərginlikli elektrik xətlərinin altında tikililərin inşa edilməsi halları Gəncədə daha çoxdur. Son bir neçə ildə ölkənin ikinci böyük şəhəri üzrə mühafizə olunan yerlərdə tikinti apardıqları üçün 780-dən artıq vətəndaş qeydiyyata götürülüb.
Bu şəxslər əsasən xətlərin keçdiyi ərazilərdə, yeni salınan qəsəbələrdə özləri üçün ev tikir. Yaranan vəziyyətlə bağlı rəsmi qurumlara məlumat verilib. Yaxın gündərdə sözügedən ərazilərdə növbəti yoxlamalar keçiriləcək.

Xaliq Qurbanov
Gəncə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat