Modern.az

Fuad Muradov Strasburqa niyə gedib?

Fuad Muradov Strasburqa niyə gedib?

Təhsil

23 Fevral 2011, 21:52

Milli Məclisin deputatı Fuad Muradov Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar silsilə tədbirlərə qatılmaq üçün fevralın 23-də Fransanın Strasburq şəhərinə səfərə yola düşüb.           Deputat Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM-in) Strasburqda fəaliyyət göstərən “Azərbaycan Evi” ilə birgə təşkil etdiyi, Fransadakı Türk diaspor təşkilatlarının geniş dəstəyi ilə həyata keçiriləcək anma mərasimlərində iştirak edəcək. Strasburqun meri, Avropa Şurasında İnsan Haqları Komitəsinin və Ailə Komitəsinin təmsilçiləri, Strasburq Universitetinin türkologiya fakültəsinin professor-müəllim və tələbə heyəti, həmçinin Strasburq Türk Ailələri Cəmiyyətinin üzvləri ilə görüşlərdə millət vəkili Azərbaycana qarşı yürüdülən erməni təcavüzündən danışacaq, Xocalı faciəsinin miqyasları barədə məlumat verəcək. Avropa Şurası yanında ölkəmizin daimi nümayəndəliyinin təşkil edəcəyi Xocalı gecəsində və “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçiriləcək mitinqdə soyqırımı qurbanlarının xatirəsi anılacaq. “Qarabağ problemi: Azərbaycan diasporunun və Türk dünyasının mövqeyi” mövzusunda konfransda, yerli RBS (FM 91.9) radiosunda yayımlanacaq “Xocalı soyqırımının 19-cu ildönümü” adlı proqramda Fransa ictimaiyyətinə bu müdhiş soyqırımın tarixi köklərindən bəhs ediləcək. Suallara aydınlıq gətiriləcək.  Səfər fevralın 27-də başa çatacaq. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat