Modern.az

Yeni icra başçısı Qarabağ əlilləri ilə görüşdü, məmur süründürməçiliyindən danışıldı

Yeni icra başçısı Qarabağ əlilləri ilə görüşdü, məmur süründürməçiliyindən danışıldı

Təhsil

23 Fevral 2011, 22:27

Bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Elmar Vəlieyev Qarabağ əlilləri və şəhid ailələri ilə görüş keçirib. Modern.az xəbər verir ki, açıq mikrafon şəkilində keçən görüşdə adıçəkilən kateqoriyanın üzləşdiyi problemlər dinlənilib. Onların hələ də həll olunmayan sosial-məişət, ev və torpaq kimi şikayətlərini dinləyən Elmar Vəliyev aidiyyatı strukturların rəhbərlərinə müvafiq tapşrıqlarını verib. Görüşdə səsləndirilən hər bir şikayətin, problemin və təkliflərin qeydə alınması icra başçısının müavini Şahmalı Cavadova tapşrılaraq həlli isitqamətində görülən işlər haqqında Elmar Vəliyevə məlumat verməsi həvalə olunub. Toplantıda bəzi Qarabağ əlilləri və şəhid ailələri onlara verilən imtiyazlara görə məmur süründürməçiliyindən də şikayətləniblər. İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev problemləri dinlədikdən sonra aidiyyatı strukturlara bu kimi hallara son qoyulmasını tapşırıb. Görüşdə aztəminatlı Qarabağ əlilləri və şəhid ailələrin maddi durumunu yaxşılaşdırmaq üçün Gəncədə fəaliyyət göstərən idarə və müəssisələrdə çalışanların maaşlarından 1 fazi tutulmaqla fondun yaradılması təşəbbüsü də irəli sürülüb. Xaliq Qurbanov Gəncə

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat