Modern.az

ABŞ səfiri Azərbaycanın iqtidar və müxalifət nümayəndələrilə görüşüb (SİYAHI)

ABŞ səfiri Azərbaycanın iqtidar və müxalifət nümayəndələrilə görüşüb (SİYAHI)

Təhsil

23 Fevral 2011, 23:19

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Bakıdakı iqamətgahında iqtidar və müxalifət nümayəndələri, həmçinin qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüş keçirib.("Azadlıq" radiosu)

Tədbirdə Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov, Novruz Məmmədov, ombudsman Elmira Süleymanova, YAP icra katibinin müavini Siyavuş Novruzov, Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev, Müsavat Partiyasının başqanı İsa Qəmbər, onun müavini Arif Hacılı, partiya funksionerləri Qubad İbadoğlu, Hikmət Hacızadə, AXCP sədri Əli Kərimli, onun müavini Razi Nurullayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Leyla Əliyeva, Leyla Yunus və başqaları iştirak edib.

Tanışlıq xarakteri daşıyan görüşdə Metyu Brayza iştirakçıları səfirliklə əməkdaşlığa çağırıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat