Modern.az

Qənirə Paşayeva Türk gəncliyini fəal mübarizəyə çağırıb

Qənirə Paşayeva Türk gəncliyini fəal mübarizəyə çağırıb

Təhsil

24 Fevral 2011, 10:48

“İzmir və Bakı qardaş şəhərlərdir və biz çox istəyərdik ki, gələn ilin fevral ayına qədər İzmirin mərkəzində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılsın və soyqırımın 20-ci ildönqümünün anım tədbirlərini də birlikdə orada keçirək”.
Modern.az-ın məlumatına görə, bu təklifi millət vəkili Qənirə Paşayeva Türkiyənin ən böyük şəhərlərindən biri olan İzmirdə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı keçirilən tədbirdə səsləndirib. Qənirə Paşayeva bildirib ki, İsparta bələdiyyəsinin sədri Yusuf Ziya Gunaydın onun Xocalı Soyqırımı qurbanlarının xatirəsinə bu şəhərdə abidə qoyulması təklifini müsbət qarşılayıb və yaxın zamanlarda İspartanın mərkəzində bu abidə qoyulacaq.
Qənirə Paşayeva deyib ki,  Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidə dünyaya Azərbaycan-Türkiyə qardaşlığının əbədi olması, Türkiyənin bu məsələyə həssasiyyətini nümayiş etdirməklə yanaşı Ermənistanın, ermənilərin dinc Azərbaycanlılara qarşı törətdiyi soyqırımları, Xocalı soyqırımını “artıq görün və tanıyın!” məsajını da verəcək.  Eyni zamanda bu böyüyən gənc nəslin tariximizi daha yaxından bilməsi və ona daha çox  sahib çıxması üçün də vacib və əhəmiyyətlidir.
Millət vəkili həmçinin İzmir bələdiyyəsi tərəfindən Xocalı Soyqırımının rəsmi tanınmasını da təklif edib və bunun vacibliyi və əhəmiyyətindən danışıb. Millət vəkilinin təklifləri tədbirdə iştirak edən İzmirlilər tərəfindən alqışlarla qarşılanıb.

Millət vəkili vurğulayıb ki, Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi soyqırımının bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün Türklər, Türk dünyası Azərbaycanla birgə çalışmalı və səylərini daha artırmalıdırlar. Qənirə Paşayeva Türk gəncliyini Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində  daha fəal mübarizəyə çağırıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat