Modern.az

Sabah Bakıya qar yağacaq, şaxta olacaq

Sabah Bakıya qar yağacaq, şaxta olacaq

Təhsil

24 Fevral 2011, 12:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam yağıntılı olacağı, bəzi yerlərdə az qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Fevralın 25-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteohəssas insanlarda tutqun və soyuq diskomfortlu hava şəraitinin narahatlıq hissi yaratmasına baxmayaraq əksər meteoroloji amillərin normal sutkalıq gedişini müsbət amil kimi qiymətləndirmək olar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat