Amerkanın məşhur “Wall Street” saytı bu ölkənin eks-prezidentlərinin sərvətləri ilə bağlı araşdırma aparıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ABŞ-ın hazırki prezidenti Barak Obama 5 milyon dollarlıq sərvətə malikdir. O, bu göstərici ilə eks-prezidentlər arasında xeyli geriləyərək 25-ci olub.
Reytinq siyahısında I yeri 1 mlrd. dollarlıq kapitalla eks-prezident Con Kennedi, II yeri ondan xeyli geridə qalan ilk prezident Corc Vaşinqton tutub. Onun sərvəti isə 525 milyon dollar təşkil edir. Bu siyahıda ABŞ-ın ən zəngin III prezidenti 212 milyon dollar sərvəti olan Tomas Ruzvelt seçilib. 44 nəfərlik siyahıda digər məşhur prezidentlərin də adları yer alıb.
Məlumatda qeyd edilib ki, eks-prezidentlərin sahib olduqları sərvətin çox hissəsi onlara ailələrindən qalıb. Digərləri isə prezident postunu tərk etdikdən sonra yazdıqları kitablar və iştirak etdikləri seminarlardan da böyük sərvət əladə ediblər.
Modern.az