Amerika Birləşmiş Ştatların dövlət katibinin müavini Ceyms Steynberqin Azərbaycana səfəri başlayıb.
Modern.az ANS TV-yə istinadən xəbər verir ki, ABŞ dövlət departamentinin rəsmisi hava limanında jurnalistlərə müsahibəsində bildirib ki, Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Departament rəsmisi bildirib ki, danışıqlarda əsas müzakirə predmeti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olacaq.
Qeyd edək ki, ABŞ Dövlət departamentinin rəsmisi bundan əvvəl İrəvanda olub və Ermənistan prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib.
Modern.az