Modern.az

Maliyyə Nazirliyi ilə Dünya Bankı müzakirə aparacaq

Maliyyə Nazirliyi ilə Dünya Bankı müzakirə aparacaq

Təhsil

24 Fevral 2011, 18:49

Mühasibat uçotu və audit sahəsində ölkədə aparılan islahatların, o cümlədən Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) üzrə nəticələrin müzakirə edilməsi məqsədilə Maliyyə Nazirliyinin təşkilatçılığı ilə sabah “Milli Mühasibat Uçotu sistemində islahatlar: ilkin nəticələr” mövzuda konfrans keçiriləcək.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, tədbirdə  milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi, mühasibat və maliyyə uçotu sahəsində görüləcək işlər, korporativ və büdcə sektorları üzrə maliyyə hesabatlarında şəffaflığın və hesabatların peşəkar səviyyəsinin artırılması, mühasibat və audit sahəsində maarifləndirmə işinin təşkili ilə bağlı müzakirələr aparılacaq.

Tədbirdə  müxtəlif dövlət orqanlarının, içtimai əhəmiyyətli qurumların, bank və sığorta təşkilatların, ali təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının, habelə

Dünya Bankının və digər maraqlı tərəflərin nümayəndələri də iştrak edəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat