Modern.az

Gəncədə “taksi ovu”na çıxıblar

Gəncədə “taksi ovu”na çıxıblar

Təhsil

24 Fevral 2011, 20:16

1 saylı Regionl Nəqliyyat Departamentinin əməkdaşları Gəncədə ictimai nəqliyyat vasitələrinin tənzimlənməsi yönündə reydlərə başlayıb. Şəhər daxilində fəaliyyət göstərən iritutumlu nəqliyyat vasitələrində əhaliyə göstərilən xidmət səviyyəsi ilə yanaşı, həmin nəqliyyat vasitələrinin texniki sazlığı da yoxlanılıb.
Modern.az-ın məlumatına görə, reyd zamanı qadağan olunmuş yerlərdə, dayanacaqlarda qanunsuz fəaliyyət göstərən taksilərə qarşı da tədbirlər görülüb. Reyd zamanı şəhərin mərkəzi ərazilərində dayanaraq həm piyadaların, həm də iri tutumlu nəqliyyat vasitələrinin hərəkətinə və dayanmasına mane olan taksilər yığışdırılıb.
Dayanacaqdan kənar yerlərdə saxlayaraq sərnişinlərin enib-minməsinə şərait yaradan avtobus sürücülərinə ciddi xəbərdarlıq edilib. Sonra departament əməkdaşları Gəncə Avtovoğzalının ətrafında fərqlənmə nişanı olmadan vergidən yayınaraq sərnişindaşıma ilə məşğul olan sürücüləri aşkarlayıb.
Yoxlama zamanı əksər taksi sahiblərinin vergidən yayındığı məlum olub. Onlar haqqında inzibatı tədbirlər görülərək rüsuma cəlb olunublar. Bəzi taksi sürücüləri isə departament əməkdaşlarının göstərişlərinə və iradlarına   məhəl qoymayaraq vəziyyətdən çıxmağa çalışıblar.
1 saylı Regional Nəqliyyat Departamentinin Taksi Daşımaları şöbəsinin rəisi Könül İbrahimovun bildirdiynə görə, sürücülərə köhnə və istismara yaramayan avtomobillərlə sərnişin daşınması ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də buna məhəl qoyan yoxdur.
Reyd zamanı nəqliyyat vasitələri haqqında qanun tələblərini pozaraq səkilərdə avtomobillərini saxlayan sürücülərə qarşı da ciddi tədbirlər görülüb. Belə nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirmə işləri aparılaraq onlara avtomobillərinin səkilərdə  yox, qadağan olumayan yol kənarlarında saxlamaları tövsüyə olunub. Departamentin şöbə rəisi Könül İbrahimov hazırda Gəncədə 1000-dən artıq avtomobilin taksi fəaliyyəti göstərdiyini, ancaq onlardan cəmi 400-ə yaxınının dövlət rüsumuna cəlb olunduğunu bildirib.
Gəncədə taksilərin rəsmi olaraq harada dayanmasına və xidmət göstərməsinə gəlincə, şöbə rəisi bunun üçün şəhərin müxtəlif ərazilərində departament tərəfindən təsdiqlənmış 19 taksi dayanacağını olduğunu və dayanacaqların yaxın vaxtlarda 30 çatdırılacağını bildirib.



Xaliq Qurbanov
Gəncə

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat