Modern.az

Səməd Seyidov: "Bu faciələrin ən başlıca səbəbi unutqan olmağımızdır"

Səməd Seyidov: "Bu faciələrin ən başlıca səbəbi unutqan olmağımızdır"

Təhsil

25 Fevral 2011, 13:50


Bu gün Azərbaycan Dillər Universitetində Xocalı soyqırımının 19-cu il dönümü ilə bağlı “Xocalı soyqırımı erməni vəhşiliyinin ən bariz göstəricisidir” mövzusunda konfrans keçirilib. Modern.az xəbər verir ki, konfransda universitetin rektoru, millət vəkili Səməd Seyidov çıxış edərək 19 il öncə baş verən hadisələr haqda geniş nitq söyləyib:
“Xocalı soyqırımı bəşər tarixində misli görünməmiş bir hadisədir. Dünya ictimaiyyəti 26 fevralda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu qətliamın şahidi oldu. Bu soyqırımı təkcə xocalılara qarşı törədilmədi, ümumilikdə Azərbaycan xalqına qarşı məqsədli şəkildə bilərəkdən törədilən bir soyqırımıdır”.

Millət vəkili bildirib ki, yaşadığımız bu faciələrin ən başlıca səbəbi unutqan olmağımızdır: ”Xocalı ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi ilk soyqırımı deyildi. Ancaq biz 1918-ci ilin 31 mart soyqırımını unutduq. Mən hesab edirəm ki, belə hadisələr yaddan çıxarsa, onların yenidən baş vermə ehtimalı çoxdur. Biz nə indi, nə də gələcəkdə erməni vəhşiliyini unutmalıyıq”.

Tədbirdə S.Seyidovla yanaşı universitetin Tarix fakültəsinin dekanı Namiq Kərimov, Gənclər və İdman Nazirliyinin nümayəndələri də çıxış ediblər.
Tədbirin sonunda YAP-ın Nəsimi rayon Gənclər birliyinin sədri Sərraf Hüseynov qanlı tarixə nəzər salaraq o günləri bir daha xatırlayıb.

Mərasimdə həmçinin erməni vəhşiliyini göstərən fotoşəkillərdən ibarət slayd təqdim olunub.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat