Gələn ay Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Azərbaycana səfər edəcək. Bu barədə Modern.az-a Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, ATƏT PA-nın sədrinin ölkəmizə gəlişi Qarabağ məsələsinin müzakirəsilə bağlı olacaq.
Modern.az