Yəmənin dövlət başçısı Əli Abdullah Saleh Liviyanın lideri Qəddafidən fərqli olaraq istefasını tələb edən etirazçıların rəhbərləri ilə danışıqlar barədə göstəriş verib.
Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, Yəmən rəsmi ölkəsinin “Səna” informasiya agentliyinə bu barədə bildirib.
Tərkibi beş nəfərdən ibarət komitəyə baş nazir Əli Məhəmməd Macur rəhbərlik edəcək. Komitənin tərkibi isə açıqlanmayıb.
Əli Abdulah yeni yaradılan komitə qarşısına “etirazçıların şərt, rəy və baxışlarının öyrənilməsi üçün konstruktiv və açıq dialoqun aparılması” vəzifəsini qoyub.
Etirazçıların isə məsələyə münasibəti məlum deyil.
Qeyd edək ki, Qəddafinin xalqına qarşı cinayət işlətməsindən sonra ərəb dünyasında vəziyyət daha da gərginəşib. Deyəsən digər ölkələrin liderləri Qəddafi kimi qəddarlıq etmək fikrinə deyillər.
Modern.az