Modern.az

Nardaranda etiraz aksiyası keçirilir

Nardaranda etiraz aksiyası keçirilir

Təhsil

25 Fevral 2011, 16:13

Bakının Nardaran kəndində sosial problemlərin həlli tələbi ilə etiraz aksiyası başlayıb. Kəndin İmam Hüseyn meydanına təxminən 200 adam yığışıb. ("Azadlıq" radiosu)

Aksiyada çıxış edən kənd sakini Hacıağa Nuriyev bura mitinq xatirinə yığışmadıqlarını, diqqəti işsizlik, sosial problemlərin həllinə yönəltmək istədiklərini bildirib.

Başqa bir kənd sakini Natiq Kərimov isə deyib ki, «problemlərimizin müzakirəsi və həlli üçün hakimiyyət bizə dialoq imkanı yaratmalıdır».

Kənd sakinləri bildiriblər ki, onların tələbləri yerinə yetirilməsə, etiraz aksiyalarını davam etdirəcəklər.

Hazırda mitinq davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat