Modern.az

Əhəd Abıyev icra başçısı kimi ilk tədbir keçirdi (FOTOLAR)

Əhəd Abıyev icra başçısı kimi ilk tədbir keçirdi (FOTOLAR)

Təhsil

25 Fevral 2011, 17:22


Modern.az
xəbər verir ki, ölkə prezidentinin fevralın 23-də imzaladığı sərəncamla Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı təyin edilən sabiq deputat Əhəd Abıyev yeni vəzifədə bu gün ilk tədbirini keçirib.
Daşkəsən rayonunun mərkəzində düzənlənən mərasimdə Xocalı soyqrımı qurbanlarının xatirəsi yad edilib. Məktəblilər və mədəniyyət işçiləri o dəhşətli anları əks etdirən ədəbi-bədii kompzisya nümayiş etdiriblər.  Daşkəsənlilər əvvəlcə şəhidlər abidə kompleksini, eləcə də torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda çanından keçmiş vətən oğullarının məzarlarını ziyarət ediblər.
Daha sonra məktəblilərin soyqrımla bağlı çəkdikləri rəsm sərgisinə baxış keçirlib. Rayon mədəniyyət evində keçirilən tədbirdə bildirilib ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı atılan mühüm addımlardan biri erməni təcavüzünə siyasi-hüquqi qiymətin verilməsi olub.
Çıxışların ardınca 19 il əvvəl baş verənlərlə bağlı film nümayiş etdirilib. Sonda məktəblilər və mədəniyyət işçilərinin birgə hazırladıqları “Ana fəryadı” adlı ədəbi bədii kompzisya səsləndirilib. Kompzisyada 1992 ci il fevral ayının 25 dən 26 na keçə gecə xalqımıza qarşı törədilən vəhşiliklər öz əksini tapıb.





Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat