ATƏT PA-nın insan alverilə bağlı məruzəçisi Xristofer Smit Azərbaycanda insan alveri əleyhinə aparılan işləri təlqin edib. Bu barədə Modern.az-a Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvu Eldar İbrahimov məlumat verib.
Deputat qeyd edib ki, təmsil olunduğu ikinci komitədə insan alverinə qarşı mübarizə ilə bağlı müzakirələr aparılıb:
“Mən bu komitədə insan alverinə qarşı Azərbaycanda görülən işlərdən danışdım. Bununla bağlı Milli Proqramın olduğunu, hər il parlamentdə daxili işlər nazirinin müavini, insan alveri üzrə kordinatorun hesabat verdiyini qeyd etdim. ATƏT PA-nın insan alveri üzrə məruzəçisi Xristofer Smit məsələ ilə bağlı çıxışında Azərbaycanın bu sahədə görduyu işləri təlqin etdi və bunların davamlı omasının vacibliyini dedi”.
Modern.az