Modern.az

Gənclər Təşkilatları Milli Şurası Xocalı qurbanlarını yad edib

Gənclər Təşkilatları Milli Şurası Xocalı qurbanlarını yad edib

Təhsil

26 Fevral 2011, 17:50

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirib. Əvvəlcə Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib. Daha sonra Milli Şuranın katibliyi anım tədbiri keçirib. Tədbirdə qeyd olunub ki, Xocalı faciəsi ilə bağlı silsilə tədbirlərin həyata keçirilməsi bundan sonra da davam edəcək. Milli Şuranın fəaliyyət planına qarşıdakı aylarda Xocalı faciəsi haqqında maarifləndirmə sahəsində fəaliyyət göstərən təşkilatlarla işin gücləndirilməsi, soyqırımı ilə bağlı gənclər tərəfindən rolikin hazırlanması, Xocalıdan olan gənclərlə Milli Şuranın katibliyinin görüşü və onların təşkilatda aktivliyinin genişləndirilməsi, Milli Şuranın beynəlxalq əlaqələrindən istifadə edərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması  və s. məsələlər daxil edilib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat