Modern.az

Vüqar Səfərli: “Yaxın günlərdə jurnalistlər üçün evin təməli qoyulacaq”

Vüqar Səfərli: “Yaxın günlərdə jurnalistlər üçün evin təməli qoyulacaq”

Media

2 Mart 2011, 15:21

Yaxın günlərdə jurnalistlər üçün tikiləcək binanın təməli qoyulacaq. Bu barədə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru  Vüqar Səfərli açıqlama verib.
Onun sözlərinə görə, bununla bağlı eskiz sənədləri təsdiq edilib. “Binanın yaxın günlərdə təməli qoyulacaq. Bunlarla bağlı eskiz sənədlər təsdiq olunub. Mənzillər 2 il müddətində hazırlanaraq təmirli halda jurnalistlərə veriləcək”-deyə V.Səfərli bildirib.

Qeyd edək ki, preizdent İlham Əliyev ötən il jurnalistlərin mənzil-məişət problemlərinin həlli üçün sərəncam imzalayıb. Binaların tikintisi üçün beş milyon manat pul və Bibiheybət yaxınlığında torpaq sahəsi ayrılıb.  

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir