Modern.az

Azərbaycanda 95 jurnalist hərəyə 1000 manat pul alıb

Azərbaycanda 95 jurnalist hərəyə 1000 manat pul alıb

Media

2 Mart 2011, 15:38

“Dövlət tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİV DF)  2009-cu ildə 1 milyon 3 min manat, 2010-cu ildə isə 2 milyon manat pul ayrılıb”. Bunu Modern.az-a açıqlamasında KİV DF-nin icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, 2010-cu ildə KİV DF tərəfindən 31 qəzet redaksiyasına və 8 agentliyə 820 min manat pul ayrılıb.

V.Səfərli regionlarda KİV orqanlarına kömək məqsədilə 10 tədbir keçirildiyini də qeyd edib.  İcraçı direktor onu da vurğulayıb ki, 2010-cu ildə jurnalistlər üçün 3 yazı müsabiqəsi keçirilib və bu müsabiqələrdə 95 jurnalistin hərəsinə 1000 manat pul verilib.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır