Modern.az

Azərbaycan mediasının problemləri...

Azərbaycan mediasının problemləri...

Təhsil

2 Mart 2011, 17:50


“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəfafıq” mövzusunda keçirilən konfransın ilk günü başa çatıb.
“Söz azadlığı və Jurnalist peşəkarlığı Koalisiyası” tərəfindən təşkil edilən konfransda tanımış media nümayəndələri və dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Konfransada çıxış edən ATƏT-in Bakı ofsinin sədri Jacqueline Carperter mətbuatın mövcud problemlərinə toxunaraq bildirib ki, jurnalistlərin hüquqlarının pozulması təkcə Azərbaycanda deyil, eləcə də dünyanın bir çox ölkərində hələdə aktual olan məsələlərdəndir. Onun sözlərinə görə, jurnalistin informasiya əldə etməsi üçün heç bir maneə olmamalıdır.

Tədbirdə ardıcıl olaraq “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “Lent.az” xəbər portalının baş redatoru Qabil Abbasoğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək Azərbaycan mətbuatnın ənənələri və tendensiyaları haqda geniş nitq söyləyiblər. Onlar mətbuatın üzləşdiyi problemləri diqqətə çatdırıblar.

Maraqlı müzakirələr şəraitində keçən konfrans nahar fasiləsindən sonra da işini davam etdirib. Tədbərin ikinci hissəsidə Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxışı zamanı media ilə dövlət orqanları arasındakı əlaqələr haqda fikir söyləyib.

Mediada şəffaflığın inkişana yönələn tərbirdə APA-nın baş direktoru Vüsalə Mahirqızı ölkədə fəaliyyət göstərən mətbuat orqanlarının reklam sahəsində ciddi problemlər yaşadığını deyib. Onun sözlərinə görə, Azərbaycanda neft sahəsində inkişafın yüksək səviyyədə olmasına baxmayaraq, reklam bazarı hələ də formalaşmayıb. Bu baxımdam həm elektron media, həm də yazılı mətbuat öz işini tam formalaşdıra bilmir.

Kofransın ikinci hissəsində Azərbaycan Respulikasının Prezidenti yanında  KİV-in İnkişafına Dövlət Dəstəyi Fodunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun 3 il ərzində gördüyü işləri iştirakçıların diqqətinə çatdırıb. O, bildirib ki, dövlət tərəfindən 2009-cu ildə KİV DF-yə 1 milyon 300 min manat pul ayrılıb. 2010-cu ildə isə bu rəqəm 2 milyon manat təşkil edib.

V.Səfərli bildirib ki, dövətin diqqəti nəticəsində yerli mətbuatın prolemləri daim diqqət mərkəzində olur, bu istiqamətdə lazımı tədbirlə görülür. Onun sözlərinə görə, ötən il redaksiyaların maddi-texniki bazasının təşkili üçün 820 min manat pul ayırılıb. Bundan başqa,  V.Səfərli jurnalistlər üçün 2010-cu ildə 3 müsabiqə keçirildiyini bildirib. Keçirilən yazı müsabiqələri nəticəsində 95 jurnalistin hər birinə 1000 AZN və dilomlar verilib. Fond rəhbəri çıxışı zamanı regional KİV-in də daim dövlətin diqqətində olduğunu və bununla bağlı 82 regional qəzetə də maddi yardım edildiyini deyib.

Tədbir “Trend” İnformasiya Agentliyinin baş redaktoru İlqar Hüseynovun çıxışı ilə sona çatıb. Mətbuatda azad fikrin formalaşması, şəffaflığın təmin edilməsi iə bağlı keçirilən konfrans martın 3-də öz işini başa vuracaq. Tədbirin sabakı gündəiyində də ölkənin aparıcı mətbuat orqanlarınn rəhbərləri və xarici müşahidəçilərin iştirakı gözlənilir. Qeyd edək ki, beynəlxalq konfrans Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə keçirilir.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü