Modern.az

Deputat qanvermə aksiyası təşkil edib

Deputat qanvermə aksiyası təşkil edib

Təhsil

10 Mart 2011, 16:39


Bu gün Beynəlxalq Qızıl Xac və Qızıl Aypara Hərəkətanın həyatında mühüm əhəmiyyət kəsb edən əlamətdar günlərdən biri idi. Hərəkatın tərkib hissəsi olan  Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün peşə bayramını, “Qızıl Aypara Gününü” qeyd etmək məqsədilə bir sıra silsilə tədbirlər həyata keçirib.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü İlham Əliyevin 07 aprel 2008-ci il tarixli Fərmanı ilə 10 mart günü Azərbaycanda “Qızıl Aypara Günü” kimi qeyd olunur. “Bu əlamətdar və tarixi gün Milli Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanov, Cəmiyyətin üzvləri və könüllüləri tərəfindən ruh yüksəkliyi ilə qeyd olunur. Üzərinə böyük bir xeyirxah missiyanı götürən “Qızıl Ayparaçılar” 10 mart tarixini ilk öncə Fəxri Xiyabanda, ümummilli lider Heydər Əliyev cənablarının məzarını ziyarət edərək dahi şəxsiyyətin məzarı önünə əklil və gül dəstələri qoymaqla qeyd etdilər. Ayparaçılar bu dahi şəxsiyyətin Cəmiyyətin inkişafında və təşəkkül tapmasında misilsiz diqqət və qayğısını qeyd edərək, onun əziz xatirəsini bir anlıq sükutla yad etdilər. Daha sonra Milli Cəmiyyətin rəhbərliyi, əməkdaşları, üzvləri və könüllüləri torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda şəhid olan vətən oğul və qızlarının uyuduğu müqəddəs məkanı – Şəhidlər Xiyabanını ziyarət etdilər. “Ayparaçılar” şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq onların əziz xatirəsini ehtiramla yad etdilər”-deyə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin mətbuat xidmətindən Modern.az- saytına bildirilib.

Daha sonra Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə ənənəvi qanvermə aksiyasına start verilinb Respublikamızda nüfuzlu təhsil ocaqlarından biri olan Azərbaycan Texniki Universitetinin pedaqoji və tələbə heyəti Milli Cəmiyyətin bu təşəbbüsünü aksiyaya qoşulmaqla ənənəvi dəstək nümayiş etdiriblər. İlk öncə Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov qan verərək, eyni zamanda bu xeyirxah təşəbbüsdə bulunan bütün insanlara Cəmiyyətin adından təşəkkürünü bildirib. Qanvermə aksiyası mütəşəkkil təşkil olunub və yekunlaşıb.
Ümumilikdə 100 nəfərə yaxın insan qanvermə aksiyasında könüllü iştirak edib.



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat