Modern.az

Gəncənin icra başçısı 1-ci müavinini işdən çıxardı

Gəncənin icra başçısı 1-ci müavinini işdən çıxardı

Təhsil

10 Mart 2011, 20:20

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev kadr islahatını davam etdirir. Qeyd edək ki, İcra Hakimiyyətinin yeni başçısı bu posta təyin olunandan az sonra Gəncənin baş memarı Məhəmməd İbrahimovu, şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Asim Kazımovu, bir qədər sonra Mənzil Kommunal Təsərrüfat və İstehsalat Birliyinin rəisi Abid Əliyevi və şəhər Təmizlik İdarəsinin rəisi Nizami Babayevi tutduqları vəzifədən azad edib. Modern.az saytının məlumatına görə, Elmar Vəliyev bu gün Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıqovu işdən azad edib. Xəbəri

Gəncə Şəhər İcra Hakimiyyətindən də təsdiqləyiblər. Saytımıza verilən məlumata görə, icra başçısının kadr islahatının davam edəcəyi gözlənilir.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat