Modern.az

Polis daha altı gənci saxlayıb

Polis daha altı gənci saxlayıb

11 Mart 2011, 13:23

«Araz» kinoteatrının yaxınlığındakı kafedə oturan dörd nəfər saxlanılıb. Emin Əlisoy, Vüsal Rzasoy, Rüfət Abbasov və daha bir nəfər polis tərəfindən aparıldığını deyib. Bu haqda polis bölməsinə aparılan Emin Əlisoy özü “Azadlıq” Radiosuna məlumat verib. O, dostu Vüsal Rzasoyla kafedə çay içdikləri vaxt saxlandıqlarını, digər iki nəfərisə tanımadığını deyir. «Çay içirdik. Polislər bizi götürdülər. Səbəbsiz. İndi bizi aparırlar. Heç bir izahat da verməyiblər». «28 May» metrostansiyası yaxınlığında AXCP üzvü Mikayıl Bəybalayev və  Anar Süleymanov saxlanılıb. Həmin ərazidə proseslərə nəzarət edən Nəsimi rayon Polis İdarəsinin şöbə rəisi Muxtar Muxtarov isə “Azadlıq” Radiosuna deyib ki, saxlanılanlar sorğu-sual edildikdən sonra buraxılacaqlar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat