Modern.az

“Böyük Xalq Günü” “Torqovıy”a çatdı

“Böyük Xalq Günü” “Torqovıy”a çatdı

11 Mart 2011, 15:09

Polis rəisi gənclərə aksiyanı dayandıracaqları təqdirdə tutlanları buraxılacaqlarını deyib  

Gənclər Bakının Nizami küçəsində etiraz aksiyası keçiriblər. Onlar «MakDonalds» restoranının qarşısından başlayaraq Milli Bankın keçmiş binasına kimi «Azadlıq!», «İstefa!» şüarları səsləndiriblər. Polis aksiya iştirakçılarından bir neçəsini saxlasa da, sonradan buraxıb. Bu zaman «Turan» İnformasiya Agentliyinin fotoreportyoru Etimad Budaqova polis qarın nahiyəsindən təpik vurub. Şəhərin mərkəzində, əsasən də Nizami küçəsində keçirilən aksiyada saxlananlar var. Amma onların sayı haqda dəqiq məlumat yoxdur. Səbail rayon Polis İdarəsinin rəisi Kamal Vəlişov aksiya iştirakçıları qarşısında şərt qoyub: «Aksiyanı dayandırın, saxlananlar buraxılsın». Amma gənclər aksiyanı davam etdirirlər. AXCP Gənclər komitəsinin 5 üzvü - Bəyim Həsənli, Elturan Rüstəmli, Aygün Pəncəliyeva, Məmməd İbrahim, Elnur Şükürlü də saxlanıb. (Azadlıq radiosu) Bu barədə AXCP sədrinin köməkçisi Faiq Əmirov məlumat verib. Gənclər Bakı Dövlət Universitetinin qarşısında aksiya keçirərkən mülki və polislər tərəfindən saxlanıb. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat