Modern.az

Vaqif Mustafazadənin xatirə gecəsi keçiriləcək

Vaqif Mustafazadənin xatirə gecəsi keçiriləcək

Mədəni̇yyət

5 Noyabr 2009, 15:17

Dekabrın 16-da Bakı Caz mərkəzində dahi Azərbaycan musiqiçisi, “Caz-muğam”-ın banisi Vaqif Mustafazədənin vəfatının 30 illiyinə həsr edilmiş gecə keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Modern.az-a verilən məlumata görə, gecəyə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri dəvət olunublar. Gecənin proqramına V.Mustafazadənin ev muzeyinin əməkdaşları tərəfindən hazırlanmış Vaqif Mustafazadə saytının təqdimetmə mərasimi, məşhur “Sevil” ansamblının üzvü Rəna Talıbova, prodüsseri Vaqif Mustafazadənin bibisi qızı Afaq Əliyeva olan “Retro-Sevil” ansamblının çıxışları daxildir. Gecə Mədəniyyət və Turizm Nazirliyi və Vaqif Mustafazadə adına Xeyriyyə fondu ilə birgə təşkil olunacaq. 2005-ci il mart ayının 16-da Vaqif Mustafazadənin anadan olmasının 65-ci ildönümündə, əsaslı bərpa işlərindən sonra görkəmli həmyerlimiz, musiqiçi və bəstəkarın xatirə ev-muzeyinin açılışı baş tutub. Respublikanın əməkdar artisti, caz muğamının banisi, bəstəkar və pianoçu 1940-cı il martın 16-da Bakıda İçərişəhərdə anadan olub. Bəstəkar 1979-cu ildə dünyasını dəyişib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir