Modern.az

5 milyonluq villa söhbəti yalandır - Alim Qasımov

5 milyonluq villa söhbəti yalandır - Alim Qasımov

Mədəniyyət

8 Sentyabr 2025, 10:10

Sosial şəbəkələrdə və bəzi media qurumlarında Xalq artisti Alim Qasımovun villasını satışa çıxardığı ilə bağlı xəbərlər yayılıb.

İddia edilir ki, Bakının “Vorovski” adlanan ərazisində Xalq artistinə məxsus 12 sot torpaq sahəsində yerləşən villa 5 milyona satışa çıxarılıb.

Modern.az məsələ ilə əlaqədar Alim Qasımovun özü ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Alim Qasımov yayılan məlumatları təkzib edib. O bildirib ki, 5 milyonluq villa söhbəti yalandır.

"Elə şey yoxdur. Məlumatlar yalandır", - Alim Qasımov deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV