Modern.az

“Cənub Media” qəzeti fəaliyyətə başladı

“Cənub Media” qəzeti fəaliyyətə başladı

16 Mart 2011, 14:16

Bu gün Azərbaycanda olan kifayət sayda yazılı mətbu orqanlar sırasına biri də əlavə olunub. Artıq ilk sayı işıq üzü görən “Cənub Media” qəzeti Cəlilabad rayonunda fəaliyyət göstərəcək. Bu barədə məlumatı Modern.az-a qəzetin Baş redaktoru Rövşən Hümbətov verib.
R.Hümbətov bildirib ki, “Cənub Media” qəzetinin məqsədi bölgə əhalisinə xəbər daşımaq deyil. “Müstəqil qəzetin prinsipləri tamam fərqlidir. Elə ona görə də bu gün əyalətdə müstəqil qəzet çıxarmaq çox çətindir. Bölgədə fəaliyyət göstərmək isə daha çox fədakarlıq tələb edir. Əyalət qəzetlərində texniki təchizat, informasiya-kommunikasiya texnologiyaları və jurnalist fəaliyyətini asanlaşdıran digər zəruri ehtiyaclara nail olmaq çətindir. Bu çətinliklərdən ən başlıcası isə iqtisadi və kadr çatışmazlığı problemidir. Bu səbəblər üzündən əyalətdə fəaliyyət göstərən müstəqil qəzetlərin xəbər daşıyıcısı funksiyasını yerinə yetirmək şansları da sıfıra bərabərdir. Çünki, bu qəzetlər ən yaxşı halda həftədə, ən pis halda isə ayda bir dəfə işıq üzü görür”,-deyə R.Hümbətov vurğulayıb.   

Baş redaktor bildirib ki, “Cənub Media” qəzeti olaraq fəaliyyətimizi regionun tarixi, mədəniyyəti, adət-ənənəsi, əhalinin məşğuliyyəti, ictimai-siyasi, sosial uğurları və problemlərinin təbliği üzərində quracağıq. R.Hümbətov əlavə edib ki, yeni açılan qəzetin digər məqsədi ölkənin cənub bölgəsində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən Dövlət Proqramının bölgə mətbuatında daha keyfiyyətli işıqlandırılmasını və vətəndaşların bununla bağlı intensiv və dolğun informasiya əldə etmələrini təmin etməkdir. Region əhalisinin maarifləndirilməsində əyalət qəzetlərinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdıran Baş redaktor qəzetin müstəqilliyi qorumağa çalıçacaqlarını söyləyib.
O, hazırda qəzetin www.cenubmedia.az internet səhifəsinin hazırlıq mərhələsində olduğunu diqqətə çatdırıb. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?